az en
News / “Qarabağ” Avropa Liqasında mübarizə aparacaq

“Qarabağ” Avropa Liqasında mübarizə aparacaq

Çempionlar Liqası Dərc olundu: 17.09.2020 Çap
“Qarabağ” Avropa Liqasında mübarizə aparacaq
UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” üçüncü təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” klubu ilə qarşılaşıb. Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilən matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında 6:5 hesabı ilə qalib gələn “Molde” növbəti mərhələyə vəsiqə qazanıb.
Təmsilçimiz “Qarabağ” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu mərhələnin püşkü sentyabrın 18-də İsveçrənin Nyon şəhərində atılacaq.
 
Baş Sponsor 
Partnyorlar