az en
News / “Qarabağ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)

Kubok oyunları Dərc olundu: 27.05.2022 Çap
Bu gün Qəbələ şəhər stadionunda “Qarabağ” və “Zirə” komandaları arasında Azərbaycan kuboku uğrunda yarışın 2021/2022-ci illər mövsümünün final oyunu keçirilib.
“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub (fotoreportaj)
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Qalibi müəyyən etmək üçün əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penalti seriyasını daha dəqiq yerinə yetirən “Qarabağ” yekunda 4:3 hesablı qələbə qazanıb. Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və PFL-in prezidenti Ramin Musayev iştirak ediblər.
 
Baş Sponsor 
Partnyorlar