UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – BATE (Belarus) oyununa təyinatlar açıqlanıb.
Avqustun 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və CBC Sport televiziya kanalında canlı yayımlanacaq qarşılaşmanı İsveçdən olan hakimlər idarə edəcək:
Baş hakim: Andreas Ekberg
Baş hakimin köməkçiləri: Mehmet Culum, Stefan Hallberg
Dördüncü hakim: Kristoffer Karlsson
(Hakimlər briqadası İsveçdəndir)
Hakim-inspektor: Robert Sedlacek (Avstriya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)