az en
News / “Qarabağ” növbəti mərhələyə yüksəlib

“Qarabağ” növbəti mərhələyə yüksəlib

Çempionlar Liqası Dərc olundu: 18.07.2018 Çap
UEFA Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” növbəti mərhələyə yüksəlib. 
 
“Qarabağ” növbəti mərhələyə yüksəlib
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşan “Qarabağ” qolsuz heç-heçə edib. Bu komandalar arasında Lyublyanada keçirilmiş ilk oyunda təmsilçimiz 1:0 hesabı ilə qələbə qazandığı üçün ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. İkinci təsnifat mərhələsində “Qarabağ”ın  rəqibi Albaniyanın "Kukesi” komandası olacaq. 
Bu komandalar arasında ilk oyun iyulun 24-də və ya 25-də, cavab qarşılaşması isə iyulun 31-də və ya avqustun 1-də keçiriləcək.
 
 
 
Baş Sponsor 
Partnyorlar