UEFA Avropa Liqasındakı təmsilçimiz ‘‘Qarabağ‘‘ turnirin qrup mərhələsində növbəti oyununu keçirib. İstanbuldakı ‘‘Başakşehir Fatih Terim‘‘ stadionunda ‘‘Sivasspor‘‘la qarşılaşma 3:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb. “Qarabağ”ın qollarını 8-ci dəqiqədə Abdullah Zubir və 51-ci dəqiqədə Uroş Matiç vurub.