az en
News / “Qarabağ” İsveçrə klubu ilə qarşılaşıb

“Qarabağ” İsveçrə klubu ilə qarşılaşıb

Konfrans Liqası Dərc olundu: 10.12.2021 Çap
UEFA Avropa Konfrans Liqasında mübarizə aparan "Qarabağ" turnirin qrup mərhələsində son oyununu keçirib. 
 
“Qarabağ” İsveçrə klubu ilə qarşılaşıb
Səfərdə İsveçrənin “Bazel” klubu ilə qarşılaşan təmsilçimiz 0:3 hesabı ilə məğlub olub. Qrupu ikinci pillədə başa vuran “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz 1/8 finala vəsiqə qazanmaq uğrunda Avropa Liqasında qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq. Dekabrın 13-də atılacaq püşkatmada “Qarabağ” Çexiyanın "Sparta" (Praqa), Niderlandın PSV, İngiltərənin "Lester", Türkiyənin "Fənərbağça", Fransanın "Marsel", Danimarkanın "Midtüllan", Şotlandiyanın "Seltik" və Avstriyanın "Rapid" (Vyana) komandalarından biri üz-üzə gələcək. Bu mərhələnin oyunları gələn il fevral ayının 17-də və 24-də keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar