Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşatması keçirilib.
Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” üçüncü təsnifat mərhələsini adlayacağı halda, pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları avqustun 21-də, cavab qarşılaşmaları isə avqustun 28-də keçiriləcək.