az en
News / Qaxda “Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)

Qaxda “Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 15.03.2019 Çap
Martın 13-də və 14-də Qax rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib.
 
Qaxda “Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)
Qax Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonun 12 məktəbindən 140 yeni şagird iştirak edib. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunları təşkil olunub. UEFA-nın dəstəyi ilə keçirilən turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunub. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim olunub. Turaclı kənd tam orta məktəbinin komandası III, Tasmalı kənd tam orta məktəbinin komandası II yeri tutub. Turnirin qalibi isə 5 nömrəli tam orta məktəbin komandası olub. Qum kənd tam orta məktəbinin şagirdi İlayda Murtazayeva turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasının, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.
 
 
 
 
Baş Sponsor 
Partnyorlar