az en
News / Qazaxıstanda “UEFA GROW” seminarı (fotolar)

Qazaxıstanda “UEFA GROW” seminarı (fotolar)

UEFA Dərc olundu: 26.11.2019 Çap
Noyabrın 25-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “UEFA GROW” layihəsinin şərqi Avropa üzrə növbəti seminarı keçirilib.
 
Qazaxıstanda “UEFA GROW” seminarı (fotolar)
Mövzusu “Qadın futbolu marketinqi” olan seminarda Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojinin açılış nitqindən sonra UEFA-nın biznesin inkişafı meneceri Oleksandr Kuçeryavıy, biznesin inkişafı koordinatoru Polli Bankroft və ‘UEFA GROW” eksperti Sissel Hartley tərəfindən təqdimatlar edilib, həyata keçirilmiş müxtəlif layihələr müzakirə olunub. Bu gün isə iştirakçı Milli Assosiasiyaların nümayəndələri ölkələrində həyata keçirdikləri layihələri təqdim ediblər.
Bu gün başa çatan seminarda AFFA Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev və departamentin əməkdaşı Nərmin Əliyeva ilə təmsil olunub.
“UEFA GROW” UEFA-nın tərəfindən üzv milli asosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin akiv iştirakçılarındadır.
 
Baş Sponsor 
Partnyorlar