Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda II mərhələnin ilk oyunları keçiriləcək. Təmsilçimiz “Qəbələ” Almaniyanın “Herta” komandası ilə qarşılaşacaq. Oyunu Qazaxıstandan olan hakimlər idarə edəcək.
“Qəbələ” (Azərbaycan) – “Herta” (Almaniya)
UEFA Gənclər Liqası, II mərhələ, ilk oyun
Qəbələ şəhər stadionu. Saat 17:00
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Rustam Matyakubov, Maral Abdikerov
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Fritz Stuchlik (Avstriya)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)