az en
News / “Qəbələ” Futbol Akademiyasında görüş keçirilib (fotolar)

“Qəbələ” Futbol Akademiyasında görüş keçirilib (fotolar)

AFFA Dərc olundu: 30.09.2021 Çap
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub.
“Qəbələ” Futbol Akademiyasında görüş keçirilib (fotolar)
İcraçı vitse-prezident “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb. “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən E.Məmmədov yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.
Xatırladaq ki, "Qəbələ" Futbol klubunun Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.
 
Baş Sponsor 
Partnyorlar