az en
News / “Qəbələ” “Gənclər kuboku”nun qalibi olub (fotoreportaj)

“Qəbələ” “Gənclər kuboku”nun qalibi olub (fotoreportaj)

Liqalar Dərc olundu: 10.06.2021 Çap
AFFA tərəfindən təşkil edilən “Gənclər kuboku”nun qalibi müəyyənləşib.
 
“Qəbələ” “Gənclər kuboku”nun qalibi olub (fotoreportaj)
ASCO Arenada keçirilən və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanan final oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Əlavə edilmiş birinci hissədə hesabı açan “Qəbələ” yekunda 1:0 hesabı ilə qələbə qazanaraq “Gənclər kuboku”nun qalibi olub. Mükafatlandırma mərasiminda veteran futbolçular Vəli Qasımov, Cahangir Həsənzadə və Fərrux İsmayılov iştirak edib. Qələbə qolunun müəllifi Mehrac Baxşəli final oyunun ən yaxşı oyunçusu, “Sabah”ın üzvü Abdulla Rzayev isə kubok yarışının ən məhsuldar oyunçusu kimi xüsusi mükafatla təltif ediliblər.
 
Baş Sponsor 
Partnyorlar