az en
News / “Qələbə qazanmaq üçün imkanımız oldu”

“Qələbə qazanmaq üçün imkanımız oldu”

A milli (Futzal) Dərc olundu: 27.01.2022 Çap
Futzal üzrə Avropa çempionatının final mərhələsində İspaniya komandası ilə keçirilmiş oyundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın səsləndirdiyi fikirlər:
 
“Qələbə qazanmaq üçün imkanımız oldu”
“Oyunçulara istənilən komandaya qarşı oynamaq olar demişdim. İspaniya ilə oyunda bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər. İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar oyunun favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.
 
Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Herseqovinaya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.
 
Baş Sponsor 
Partnyorlar