az en
News / Qurban Qurbanov yeni ofisdə məşqçilərlə görüşüb (fotolar)

Qurban Qurbanov yeni ofisdə məşqçilərlə görüşüb (fotolar)

A Milli Dərc olundu: 05.11.2018 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov milli komandaların məşqçi və inzibati heyəti ilə görüşüb. Millinin baş meneceri İslam Abbasovun iştirakı ilə Bakı Olimpiya Stadionunda yerləşən AFFA-nın Azərbaycan milli komandalar üçün yeni ofisində keçirilmiş görüş zamanı ofisdə  tətbiq olunacaq iş prosesi və gələcək planlar barədə söhbət açılıb. Qurban Qurbanov bildirib ki, daha sıx ünsiyyətdə olmaq və birgə müzakirələr aparmaq imkanı baxımından yeni ofis çox əlverişlidir. Baş məşqçi bütün komandaların məşqçi heyətinin qarşılıqlı fikir mübadiləsi aparmasının, vahid komanda şəklində çalışmalı olduqlarının vacibliyini diqqətə çatdırıb.
 
Qurban Qurbanov yeni ofisdə məşqçilərlə görüşüb (fotolar)
Baş Sponsor 
Partnyorlar