az en
News / "Qızlar Bacarır” futbol festivalı keçirilib (fotoreportaj)

"Qızlar Bacarır” futbol festivalı keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 11.10.2019 Çap
Bu gün "ASCO Arena"da  Beynəlxalq Qızlar Gününə həsr olunmuş “#QızlarBacarır” futbol festivalı keçirilib. 
 
"Qızlar Bacarır” futbol festivalı keçirilib (fotoreportaj)
Bilavasitə qızların əldə etdiyi, habelə onların iştirakı ilə və onlar üçün əldə olunmuş nailiyyətlər Beynəlxalq Qızlar Gününün qeyd olunduğu oktyabrın 11-də Niderland Krallığı Səfirliyinin dəstəyilə BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən birgə təşkil olunmuş “#QızlarBacarır” futbol festivalının diqqət mərkəzindədir.
Bu festival həyatın bütün sahələrində qızların fərdi bacarıqları və istedadlarını nümayiş etdirməklə qızlarla oğlanlar arasında bərabərliyi təşviq edən “#QızlarBacarır” kampaniyası çərçivəsində keçirilir. 
Bu il kampaniya çərçivəsində Niderland Krallığı Futbol Assosiasiyasının (KNVB) məşqçilərdən və futbolçulardan ibarət nümayəndə heyəti Bakıdakı bir neçə məktəbə səfər edərək idmanın faydaları barədə şagirdlərlə söhbət etməklə yanaşı, AFFA tərəfindən təşkil olunmuş Futbol Akademiyasında futbolçu qızlar üçün xüsusi futbol sessiyası keçirib. 
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvar Karvardin bildirib ki, hal-hazırda xəyallardan çox faktiki nailiyyətlərə üstünlük verən qızların sayı artmaqdadır. Dünyada 1,1 milyarddan çox qız öz gələcək həyatını qurmağa hazırlaşır. Bu qızların digər məsələlərlə yanaşı sağlamlığı, təhsili və təhlükəsizliyi üçün qoyulan sərmayə onlara daha yaxşı həyat, hamımız üçün isə daha dinc və firəvan dünya qurmaq imkanı verəcək.
Öz növbəsində AFFA-nın Baş katibi cənab Elxan Məmmədov qeyd edib ki, qızlar idman sahəsində fəaliyyət göstərmək imkanı qazandıqda oğlanlardan bacarıqsız olmaları barədə yanlış təsəvvürləri, stereotipləri aradan qaldıra bilərlər. Təhsil ilə yanaşı idman da qızların cəmiyyətdə bərabər iştirakçılara çevrilməsinə kömək göstərmək gücünə malikdir.
Futbol Akademiyasından 100 uşaq, həmçinin əhalinin həssas təbəqələrindən olan şagirdlər və uşaqlar festival çərçivəsində keçirilən 5 X 5 futbol oyunlarından və bacarıqların nümayiş etdirilməsindən ibarət müxtəlif futbol tədbirlərində iştirak edir. Eyni zamanda, 2018-ci ildən keçirilən “#QızlarBacarır” kampaniyası çərçivəsində çəkilmiş və həyatın müxtəlif aspektlərində qızların iştirakı ilə bağlı stereotiplərin aradan qaldırılması təcrübəsi barədə bölüşən qızlar və gənc qadınlar haqda bəhs edən bir sıra videoçarxlar da bu festivalda nümayiş olunur.
2011-ci ildən etibarən UNICEF və AFFA qızların bir sıra təşəbbüslər, o cümlədən təhsil, habelə inklüziv və bərabər idman proqramları vasitəsilə inkişafı və səlahiyyətlərinin artırılması istiqamətində birgə iş aparır. Yeniyetmələrə öz yaşıdları, ailə və icma üzvləri ilə ünsiyyət qurmaqda kömək göstərmək üçün nəzərdə tutulan birgə proqramla artıq əhatə olunmuş yaşı 10-dan 21-dək olan təxminən 1.000 nəfər futbolçu qız sağlam həyat tərzi, əsas həyat bacarıqları və uşaq hüquqları haqqında bilik və məlumatlar əldə edib. 
 
İstifadəçilər üçün qeyd: 
Kampaniyaya dair materiallarla burada tanış olmaq mümkündür.
 
Baş Sponsor 
Partnyorlar