Avqust 2-dən etibarən AFFA-nın Region Liqasının 2019/2020-ci il mövsümünün qeydiyyat mərhələsinə start veriləcək.
Proses sentyabrın 15-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən komandalar müraciət ərizələrini
[email protected] ünvanına göndərə bilərr. 7 gün ərzində Region Liqasının İşçi Qrupu tərəfindən müraciətlər cavablandırılacaq.
Müraciət ərizəsində komanda rəhbərliyi və ya təmsil etdiyi qurum tərəfindən stadion, təhkükəsizlik, ev oyunlarına təcili tibbi yardım ayrılması və səfər oyunlarına nəqliyyatın təmini ilə əlaqədar zəmanət verilməlidir.