az en
News / Rüstəm Rəhimov Ələkbər Məmmədov barədə danışacaq

Rüstəm Rəhimov Ələkbər Məmmədov barədə danışacaq

AFFA Dərc olundu: 08.05.2020 Çap
Görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar mayın 9-da AFFA-nın rəsmi facebook səhifəsində təşkil olunacaq canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ələkbər Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq. Yayımı saat 15:00-dan etibarən izləyə bilərsiniz.

 
Rüstəm Rəhimov Ələkbər Məmmədov barədə danışacaq
Baş Sponsor 
Partnyorlar