az en
News / Rövşən Hüseynli və Qallo komandaya qoşulub

Rövşən Hüseynli və Qallo komandaya qoşulub

A milli (Futzal) Dərc olundu: 28.01.2022 Çap
Futzal üzrə Avropa çempionatının final mərhələsində yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Amsterdam şəhərinə gəlib. COVID-19 anticism və PCR analizləri pozitiv çıxan və qaldıqları oteldə karantinə alınan, Gürcüstan və İspaniyaya qarşı oyunlarda iştirak etməyən Qallo və Rövşən Hüseynli  komandaya qoşulub. İlk iki oyunda sarı vərəqə alan Fineo De Arauje isə cəzalı olduğu üçün qrupun son oyunda itirak edə bilməyəcək.
Qeyd edək ki, qaydalara uyğun olaraq həm rəsmi məşq, həm də oyun günü komanda üzvlərindən antigen test götürüləcək.
 
Rövşən Hüseynli və Qallo komandaya qoşulub
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları