az en
News / Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb (fotolar)

Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb (fotolar)

FİFA Dərc olundu: 28.02.2023 Çap
Bu gün FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Görüşdə FIFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
R.Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə edib.
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.
Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb (fotolar)

 
Baş Sponsor 
Partnyorlar