Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununu hakimləri müəyyənləşib. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.