az en
News / “Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq”

“Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq”

A Milli Dərc olundu: 10.11.2021 Çap
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın üzvü Mahir Emrelinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq”
Canni De Byazi: (Azərbaycan milli komandasının baş məşqçisi): "Əvvəlcə Zəfər Gününüz mübarək. Bəzi futbolçular zədə səbəbindən olmayacaqlar, ancaq bu, bəhanə deyil. Lüksemburq millisi yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Gənc futbolçuları səviyyəli komandalarda oynayır. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur.
 
Mert Çelikin problemi var. Onu bərpa etməyə çalışırıq ki, ehtiyat skayamız geniş olsun. Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq. Cəlal Hüseynov gənc oyunçudur. Çıxışını bəyənirəm. Qarşıdakı iki oyundan birində ona şans verməyi düşünürəm”.
 
Mahir Emreli: "Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Millidə qol vura bilməməyim məni narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm. Ümid edirəm ki, sabah bu tilsimi qıracağam".
 
Baş Sponsor 
Partnyorlar