az en
News / “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri”nə start verilib (fotolar)

“Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri”nə start verilib (fotolar)

AFFA Dərc olundu: 13.07.2021 Çap
AFFA-nın maliyyə dəstəyi, “Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinin açılış mərasimi keçirilib.
 
“Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri”nə start verilib (fotolar)
Tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, Sosial Xidmətlər Agentliyinin Müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva, millət vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev iştirak edib.
Qeyd edək ki, turnirdə 8 komanda iştirak edir. Reqlamentə əsasən, turnir ¼ final, yarımfinal və final mərhələlərindən ibarət olacaq. Turnirin iştirakçılarına sertifikat, medal, qaliblərinə isə kubok və iştirakçıların sağlamlıq durumların yaxşılaşdırılması məqsədilə reabilitasiya üçün pul mükafatı təqdim ediləcək.
 
 
Baş Sponsor 
Partnyorlar