az en
News / “Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq”

“Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq”

A Milli Dərc olundu: 15.11.2022 Çap
Sabah Kişinyovda keçiriləcək Moldova -  Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin və komandanın kapitanı Emin Mahmudovun səsləndiridyi fikirlərini nəzərinizə çatdırırıq:
 
“Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq”
“Hər iki oyun bizim üçün vacibdir. 17 ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarus milli komandaları ilə oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq.
İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. AÇ-nin seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır, amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur ki, yaxşı nəticələrdən sonra razı qalmayaq".
 
Emin Mahmudov: "Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. Moldova komandasının bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Asan oyun olmayacaq”.
 
Baş Sponsor 
Partnyorlar