Azərbaycan milli komandası Avro-2020-nin seçmə mərhələsində çıxışını başa vurub.
Son oyununu Trnava şəhərindəki Anton Malatinskiy stadionunda Slovakiya yığmasına qarşı keçirən millimiz 0:2 hesabı ilə məğlub olub.
Komandamızın mübarizə apardığı E qrupunda birinci pilləni Xorvatiya, ikinci yeri isə Uels yığması tutaraq Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.