az en
News / “Seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”

“Seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”

A Milli Dərc olundu: 20.11.2022 Çap
Bu gün Skopyedə, “Todor Proeski Milli Arena”da keçirilmiş Şimali Makedoniya - Azərbaycan beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”
“Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu.
Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.
 
Baş Sponsor 
Partnyorlar