az en
News / Serbiya – Azərbaycan: Məşqçi fikirləri

Serbiya – Azərbaycan: Məşqçi fikirləri

DÇ-2022 Dərc olundu: 13.10.2021 Çap
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün Rayko Mitiç stadionunda keçirilmiş Serbiya - Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki milli komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Serbiya – Azərbaycan: Məşqçi fikirləri
Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır".
 
Draqan Stoykoviç (Serbiya milli komandasının baş məşqçisi): “Futbolda sürprizlər olur. Daha az səhv edən komanda qalib gəlir. Bizim öz oyun üslubumuz var. Təmkinlə, səbrlə oynayırıq. Bugünkü oyunda qalib gəlmək bizim üçün vacib idi. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Xüsusən, hissənin sonlarında kobud səhv edən qapıçımızı sakitləşdirdim, qalib gələcəyimizi bildirdim. Sevindirici haldır ki, öz oyunumuzu oynayıb lazım olan qələbəni qazandıq”.
Baş Sponsor 
Partnyorlar