az en
News / “Səhvlərimiz var, onların üzərində çalışmalıyıq”

“Səhvlərimiz var, onların üzərində çalışmalıyıq”

U-21 Dərc olundu: 13.10.2021 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Səhvlərimiz var, onların üzərində çalışmalıyıq”
Milan Obradoviç (Azərbaycan U-21 komandasının baş məşqçisi): “İlk hissədə meydanda yox idik. 3 qol standart vəziyyətdən buraxıldı. Fasilədən sonra əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördünüz. Xorvatiyanın bütün cəhdləri qolla nəticələndi. Səhvlərimiz var, onların üzərində çalışmalıyıq. Bu səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur”.
 
İqor Bişcan (Xorvatiya U-21 komandasının baş məşqçisi): “Komandamdan və bu oyundan məmnun qaldım. Hesab oyunun asan olduğu kimi görünə bilər, amma elə deyil. Mən bilirəm ki, bura gələn başqa komandalar üçün heç də asan olmayıb. Bütün oyunçularımdan razıyam, bu oyunu ciddi qəbul etdilər. Çox həvəsli idilər və onların oyuna yanaşması möhtəşəm idi. Biz seçmələrdə uğurlu çıxışımızı davam etdiririk”.
Baş Sponsor 
Partnyorlar