az en
News / İsmayıllıda “Qızlar Futzal Kuboku” keçirilib (fotoreportaj)

İsmayıllıda “Qızlar Futzal Kuboku” keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 22.04.2019 Çap
Aprelin 18-də və 19-da İsmayıllı rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib.
 
İsmayıllıda “Qızlar Futzal Kuboku” keçirilib (fotoreportaj)
H. Əliyev adına İvanovka kənd tam orta məktəbin idman zalında keçirilən yarışda 12 məktəbdən 105 yeni şagird iştirak edib. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə pley-off mərhələsinin qarşılaşmaları və final oyunu keçirilib. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunmuş turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunub. İlk üç yeri tutan komandalar diplomlar və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin komandası III, Topçu kənd tam orta məktəbin təmsilçiləri II yeri tutub. Turnirin qalibi isə A. Aslanov adına 2 nömrəli tam orta məktəbin komandası olub. Ən yaxşı oyunçu A. Aslanov adına 2 nömrəli tam orta məktəbin şagirdi Səbinə Mursalzadə seçilib.
Xatırladaq ki, layihənin əsas məqsədi gələcəkdə qızlar futzal liqasının, eləcə də qadınlardan ibarət  milli komandanın yaradılmasıdır. “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran, Qax və Gəncədə təşkil olunub.
 
Baş Sponsor 
Partnyorlar