az en
News / İsmayıllıda "Qızlar Futzal Kuboku” turniri keçiriləcək

İsmayıllıda "Qızlar Futzal Kuboku” turniri keçiriləcək

Turnir Dərc olundu: 17.04.2019 Çap
Aprelin 18-də və 19-də İsmayıllı rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək.
 
İsmayıllıda "Qızlar Futzal Kuboku” turniri keçiriləcək
İsmayıllı Olimpiya İdman Kompleksinin idman zalında keçiriləcək yarışda 12 məktəbdən 120 şagird iştirak edəcək. Turnirin ilk günü qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə pley-off mərhələsinin qarşılaşmaları və final oyunu keçiriləcək. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunacaqlar. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim olunacaq.
Xatırladaq ki, “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran və Qax və Gəncədə təşkil olunub.
 
Baş Sponsor 
Partnyorlar