az en
News / İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib (fotolar)

İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib (fotolar)

AFFA Dərc olundu: 15.12.2021 Çap
AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov bu gün İsmayıllı rayonunda olub. Onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib. E.Məmmədov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib.
İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub.
Elxan Məmmədov, Nahid Bağırov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb.
İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib (fotolar)
Baş Sponsor 
Partnyorlar