az en
News / Süni ot örtükləri ilə bağlı tender

Süni ot örtükləri ilə bağlı tender

AFFA Dərc olundu: 08.10.2020 Çap
Kiçik ölçülü süni örtüklü meydançaların quraşdırılması üçün süni ot örtüyünün alınması məqsədilə AFFA tender elan edir.
Süni ot örtükləri ilə bağlı məlumatlarla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
Süni ot örtükləri ilə bağlı tender
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu 22.10.2020-ci il, saat 17:00-a qədər bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
Ödəniş şərtləri: 50% öncədən, 50% mallar çatdırıldıqdan sonra
Əlavə suallarla bağlı [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar