az en
News / Tədqiqatlara qrant ayrılması üzrə UEFA proqramı

Tədqiqatlara qrant ayrılması üzrə UEFA proqramı

UEFA Dərc olundu: 31.01.2020 Çap
UEFA araşdırmalar üçün qrant (subsidiya) ayrılması proqramının 2020/2021-ci il buraxılışını elan edib.
Tədqiqatlara qrant ayrılması üzrə UEFA proqramı
Böyük uğur qazanmış proqrama 2009-cu ildə start verilib. 2019-cu ildə UEFA 27 Milli Assosiasiyadan 59 araşdırma (tədqiqat) təklifi alıb.
Proqramın əsas məqsədi doktoranturada təhsil alan və ya artıq elmlər doktoru dərəcəsinə malik olan, həmçinin Avropa futbolunu öyrənən və tədqiq edən şəxslərə vacib/səmərəli araşdırmalarında dəstək olmaq üçün 9 ay müddətində müəyyən sayda qrantların ayrılmasıdır. Daha çox təqdir olunan tədqiqat sahələri bunlardır: iqtisadiyyat, hüquq, tarix, menecment, tibb, siyasi elmlər, psixologiya və sosiologiya.
Qrant almaq hüququna tyiyələnmək üçün tədqiqatçılar UEFA-ya Milli Assosiasiyanın tövsiyə məktubunu təqdim etməlidirlər. Məktubda göstərilməlidir ki, Milli Assosiasiya müvafiq tədqiqat işini dəstəkləyir.
Beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə UEFA birgə/müştərək tədqiqat təkliflərini də qəbul edir. UEFA-nın üzvü olan 3 ayrı-ayrı Milli Assosiasiyanın ərazisində yaşayan 3 müxtəlif tədqiqatçının birgə müraciəti qəbul oluna bilər. Ötən il təqdim olunmuş 11 birgə/müştərək sifarişdən 2-si münsiflər heyəti tərəfindən qəbul olunub.
UEFA-nın qrant proqramının əsasnaməsinə uyğun gələn tədqiqatçılardan UEFA-nın qrant üzrə Münsiflər Heyəti imtahan götürəcək. Münsiflər Heyəti sədrdən, Avropa futbolunun təmsilçilərindən və Avropada idmanla/futbolla bağlı fəaliyyətləri ilə tanınan müəllimlərdən ibarətdir.
Münsiflər 6 müxtəlif Milli Assosiasiya tərəfindən dəstəklənən və hərəsi 15 000 avro dəyərində (və ya birgə müraciət üçün 20 000 avro) 6 qrant təqdim edəcək.  
UEFA-nın bu proqramı UEFA Akademiyası tərəfindən koordinasiya olunur.
 
Baş Sponsor 
Proyekt Partnyorları