az en
News / TFF-də VAR-la bağlı görüş keçirilib

TFF-də VAR-la bağlı görüş keçirilib

AFFA Dərc olundu: 12.04.2021 Çap
Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov,  AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst Türkiyənin İstanbul şəhərində səfərdə olublar.
 
TFF-də VAR-la bağlı görüş keçirilib
Səfərin məqsədi TFF-nin də tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin ölkəmizdə istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub. Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.
Qeyd edək ki, VAR-ın ölkəmizdə tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar