az en
News / İştirakçılara diplomlar təqdim olunub (fotoreportaj)

İştirakçılara diplomlar təqdim olunub (fotoreportaj)

Məşqçi kursları Dərc olundu: 14.02.2020 Çap
AFFA və Təhsil Nazirliyi tərəfindən Mingəçevirdə orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) iştirakı ilə təşkil olunan  D kateqoriyalı məşqçi kursuna yekun vurulub.
 
 
İştirakçılara diplomlar təqdim olunub (fotoreportaj)
Bu gün iştirakçılara həm nəzəri, həm də praktiki dərslər keçirilib. Əvvəlcə müəllimlər Mingəçevir şəhərində yerləşən 10 nömrəli tam orta məktəbdə fiziki tərbiyə dərsində şagirdlərlə birlikdə praktiki məşqdə iştirak ediblər. AFFA-nın təlimçiləri iştirakçılara dərs müddətində məşqin hansı formada keçirilməsi haqqında müəyyən nümunələr göstərib. Bundan sonra iştirakçılar şagirdlərlə məşq prosesində iştirak edib, müəyyən təmrinləri yerinə yetiriblər. Praktiki məşqdən sonra iştirakçılara məşq vaxtı düzgün qidalanma və su içmək haqqında müəyyən məlumatlar verilib. Kursun yekununda müəllimlərə diplomlar təqdim olunub. 
 
Baş Sponsor 
Partnyorlar