az en
News / “İtirdiyimiz 2 xalı bərpa etmək istəyirik”

“İtirdiyimiz 2 xalı bərpa etmək istəyirik”

A Milli Dərc olundu: 08.10.2021 Çap
DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan – İrlandiya oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın üzvü Emin Mahmudovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
 
“İtirdiyimiz 2 xalı bərpa etmək istəyirik”
Canni De Byazi: (Azərbaycan milli komandasının baş məşqçisi): İlk dəqiqələrdən yaxşı oynamalı, topa nəzarət etməliyik. Bunun üçün lazımi keyfiyyətlərimiz var. Digər tərəfdən, standart vəziyyətlər zamanı diqqətli olmalıyıq. Çox istəkliyik, yaxşı hazırlaşmışıq, komandada vəziyyət yaxşıdır. Sabah yaxşı nəticə qazanmaq istəyirik. Təəssüf ki, zədəli futbolçularımız var. Bəzi oyunçular bizə kömək edə bilməyəcək. Ümumi götürsək komandamdan razıyam. Rəqib FIFA-nın reytinqində 50-ci olsa da, İrlandiyada yaxşı çıxış etmişdik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik.
 
Bizim oyunçular bu ildən ölkə xaricinə çıxış etməyə başlayıblar. Bu, Azərbaycan futbolu üçün müsbət məqamdır. Amma cəmi 2-3 aydır orada oynayırlar. Bir ildən sonra ümumi vəziyyətə baxarıq. Sabah Mahir Emrelidən qol gözləyirəm. Çünki mənim rəhbərliyim altında fərqlənə bilməyib. Bundan əlavə, Araz Abdullayev daha da inkişaf edib. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Dadaşov uzun zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur".
 
Emin Mahmudov: “Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Yığmada məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək.
 
Mahir Emreli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram".
 
Baş Sponsor 
Partnyorlar