az en
News / Təmsilçilərimiz bu gün ilk oyununu keçirəcək

Təmsilçilərimiz bu gün ilk oyununu keçirəcək

Avropa Liqası Dərc olundu: 27.08.2020 Çap
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçiriləcək. Bu mərhələdən mübarizəyə qoşulacaq təmsilçilərimizdən “Neftçi” Şimali Makedoniyanın "Skupi", “Sumqayıt” Şimali Makedoniyanın digər təmsilçisi "Şkendiya", “Keşlə” isə Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq:
 
 
Təmsilçilərimiz bu gün ilk oyununu keçirəcək
“Neftçi”  - “Şkupi” (Şimali Makedoniya)
27 avqust. Bakcell Arena. Saat 20:00
Baş hakim: Aleksandr Qolubev
Baş hakimin köməkçiləri: Raymond Tatrik, Yevgeni Morozovs
Dördüncü hakim: Artis Kenin
(Hakimlər briqadası Latviyadandır)
 
“Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya)
27 avqust. Kapital Bank Arena. Saat 20:00
Baş hakim: Arman İsmuratov
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Samat Terqeussizov
Dördüncü hakim: Zandos Abzan
(Hakimlər briqadası Qazaxıstandandır)
 
“Keşlə” – “Laçi” (Albaniya)
27 avqust. ASK Arena. Saat 21:00
Baş hakim: Georgi Kikaçeişvili
Baş hakimin köməkçiləri: Davit Qabisoniya, David Axvlediani
Dördüncü hakim: İrakli Kvirikaşvili
(Hakimlər briqadası Gürcüstandandır)
 
Qeyd: “Neftçi” – “Şkupi” oyunu CBC Sport, “Keşlə” – “Laçi” matçı İTV, “Sumqayıt” – “Şkendiya” qarşılaşması isə İdman TV vasitəsilə canlı yayımlanacaq.

 
Baş Sponsor 
Partnyorlar