az en
News / Təmsilçilərimizin potensial rəqibləri məlum olub

Təmsilçilərimizin potensial rəqibləri məlum olub

UEFA Dərc olundu: 19.07.2021 Çap
2021/2022-ci illər mövsümündə ölkəmizi avrokuboklarda təmsil edən klublarımızın potensial rəqibləri müəyyənləşib.
Təmsilçilərimizin potensial rəqibləri məlum olub
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq “Neftçi” rəqibini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu evdə keçirəcək. Bu mərhələnin ilk oyunları 3-4 avqust, cavab qarşılaşmaları isə 10 avqust tarixində keçiriləcək. Təmsilçimiz “Olimpiakos”la mübarizədən məğlub ayrılacağı halda, çıxışını Avropa Liqasında davam etdirəcək. Avropa Liqasının üçüncü təsifat mərhələsində isə "Malmö" (İsveç) - HJK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 5-12 avqust tarixlərində oynanılacaq.
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçilərimizin də növbəti – üçüncü təsnifat mərhələsində qarşılaşacağı potensial rəqibləri məlum olub. “Qarabağ” – “Aşdod” (İsrail) cütünün qalibi AEL (Kipr) – “Vlajnia” (Albaniya) cütünün, “Çukariçki” (Serbiya) – “Sumqayıt” çütünün qalibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün, “Soçi” (Rusiya) - “Keşlə” cütünün qalibi isə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçilərimiz növbəti mərhələyə vəsiqə qazanarsa, “Sumqayıt”la “Keşlə” ilk oyununu evdə, “Qarabağ” isə səfərdə keçirəcək. Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin oyunları 5-12 avqust tarixlərində keçiriləcək.
Baş Sponsor 
Partnyorlar