az en
News / Təmsilçilərimizin potensial rəqibləri məlum olub

Təmsilçilərimizin potensial rəqibləri məlum olub

UEFA Dərc olundu: 02.08.2021 Çap
Avrokuboklarda mübarizəsini davam etdirən təmsilçilərimizin növbəti mərhələdə qarşılaşacağı potensial rəqibləri müəyyənləşib.
 
Təmsilçilərimizin potensial rəqibləri məlum olub
Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HJK klubu ilə qarşılaşacaq “Neftçi” rəqibini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək. "Neftçi" HJK ilə mübarizədən məğlub ayrılacağı halda, çıxışını Avropa Konfrans Liqasında davam etdirəcək. Avropa Konfrans Liqasının pley-off mərhələsində isə “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.
 
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiprin AEL klubu ilə üz-üzə gələcək “Qarabağ” isə növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə, "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk oyununu Bakıda keçirəcək. Qeyd edək ki, hər iki turnirin pley-off mərhələsinin oyunları 19-26 avqust tarixlərində keçiriləcək.

 
Baş Sponsor 
Partnyorlar