az en
News / Təmsilçilərimizin rəqibləri bəlli olub

Təmsilçilərimizin rəqibləri bəlli olub

Konfrans Liqası Dərc olundu: 15.06.2022 Çap
2022/2023-cü illər mövsümündə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.
Təmsilçilərimizin rəqibləri bəlli olub
Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Kiprin “Aris”, “Zirə” İsrailin “Makkabi” (Tel-Əviv), “Qəbələ” isə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.
"Zirə" ilk oyununu doğma meydanda, "Neftçi" və “Qəbələ” isə səfərdə keçirəcək.
Həmçinin Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”ın Konfrans Liqasındakı potensial rəqibi məlum olub. Təmsilçimiz birinci təsnifat mərhələsində mübarizəsini dayandıracağı halda, çıxışını Konfrans Liqasında davam etdirəcək və bu turnirdə "Slovan" (Bratislava, Slovakiya) / “Dinamo” (Batumi, Gürcüstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları 21 iyul, cavab qarşılaşmaları isə 28 iyul tarixlərində keçiriləcək.
Baş Sponsor 
Partnyorlar