az en
News / Tural Bayramlı Bakıya yola düşüb

Tural Bayramlı Bakıya yola düşüb

U-21 Dərc olundu: 10.10.2019 Çap
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb. 
Tural Bayramlı Bakıya yola düşüb
U-21-in heyətində Fransaya yollanan T.Bayramlı bu gün  AFFA-nın köməkliyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb. 
Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.
 
Baş Sponsor 
Partnyorlar