az en
News / U-19 (qadınlar) birinci qrupda mübarizə aparacaq

U-19 (qadınlar) birinci qrupda mübarizə aparacaq

U-19 (qızlar) Dərc olundu: 09.12.2021 Çap
19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb. Püşkdə B liqasında yer alan Azərbaycan milli komandasının A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı rəqibləri də müəyyənləşib. Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 6-12 aprel tarixlərində təşkil olunacaq. Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi ilə bağlə saytımızda məlumat veriləcək.
 
U-19 (qadınlar) birinci qrupda mübarizə aparacaq
Baş Sponsor 
Partnyorlar