Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89-cu dəqiqə) və Mədinə Curuqova (30-cu dəqiqə) vurublar.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.