az en
News / U-19 qələbə qazanıb

U-19 qələbə qazanıb

U-19 Dərc olundu: 29.07.2022 Çap
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Belarus komandasına qarşı keçirilmiş oyunda millimiz 1:0 hesablı qələbə qazanıb. U-19-un heyətində 81-ci dəqiqədə penaltidən Nəriman Axundzadə fərqlənib. Bu komandalar arasında növbəti qarşılaşma iyulun 31-də olacaq.
U-19 qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar