az en
News / U-19 İrlandiya yığması ilə qarşılaşıb

U-19 İrlandiya yığması ilə qarşılaşıb

U-19 Dərc olundu: 16.11.2024 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
U-19 İrlandiya yığması ilə qarşılaşıb
7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gəlib. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan görüş İrlandiya seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ilk oyununda İslandiya yığmasına 0:2 hesabı ilə məğlub olan U-19 qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.
Baş Sponsor