az en
News / UEFA-da Avro-2020 ilə bağlı seminarlar

UEFA-da Avro-2020 ilə bağlı seminarlar

Avro-2020 Dərc olundu: 10.12.2019 Çap
Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında çempionata ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün təşkil olunmuş seminarda iştirak edir.
 
UEFA-da Avro-2020 ilə bağlı seminarlar
Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir. Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında Avro-2020-nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.
 
Baş Sponsor 
Partnyorlar