az en
News / UEFA Gənclər Liqası turniri barədə yekun qərar

UEFA Gənclər Liqası turniri barədə yekun qərar

UEFA Dərc olundu: 18.02.2021 Çap
UEFA İcraiyyə Komitəsi COVİD-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, UEFA Gənclər Liqası turnirinin 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib.
 
UEFA Gənclər Liqası turniri barədə yekun qərar
UEFA İcraiyyə Komitəsi tərəfindən bir müddət öncə turnirin startının təxirə salınması barədə qərar qəbul olunmuşdu. Lakin ötən müddət ərzində mövcud şəraitin bu beynəlxalq turnirin başlanmasına imkan verməməsi, UEFA Klub Yarışları Komitəsi və Avropa Klublar Assosiasiyası ilə aparılmış məsləhətləşmələrdən sonra Gənclər Liqasının cari mövsümünün ləğvi məqsədəuyğun sayılıb.
Xatırladaq ki, turnirdə “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandası mübarizə aparmalı idi.
 
Baş Sponsor 
Partnyorlar