az en
News / UEFA Region kubokunun püşkü atılıb

UEFA Region kubokunun püşkü atılıb

Region liqası Dərc olundu: 03.12.2019 Çap
UEFA Region kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb. 
 
UEFA Region kubokunun püşkü atılıb
A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.
Qeyd edək ki, ölkəmizi bu turnirdə Region Liqasının 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək.
 
Baş Sponsor 
Partnyorlar