az en
News / UEFA turnirlərlə bağlı qərarlar qəbul edib

UEFA turnirlərlə bağlı qərarlar qəbul edib

UEFA Dərc olundu: 13.08.2020 Çap
UEFA İcraiyyə Komitəsi gənclərdən ibarət milli komandalar arasında turnirlərin 2020/21-ci il mövsümü üçün tarixləri və müəyyən format dəyişiklikləri barədə qərarlar qəbul edib:
 
UEFA turnirlərlə bağlı qərarlar qəbul edib
U-17 (qızlar)
- Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)
- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
- Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək
- Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)
 
U-17 (oğlanlar)
- Təsnifat mərhələsi 2021-ci il martın sonunda keçiriləcək (13 mini-turnir)
- Elit-raund ləğv olunur
- 13 qrup qalibi 2 səpələnmiş komanda 2021-ci ilin mayında Kiprdə keçiriləcək final turnirinə vəsiqə qazanır.
 
U-19 (qızlar)
- Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)
- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
- Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək
- Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)
 
U-19 (oğlanlar)
- Təsnifat mərhələsi 2021-ci ilin martında keçiriləcək (13 mini-turnir)
- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
- Play-off mərhələsi (14 komanda) 2021-ci il mayın sonunda keçiriləcək
- Final turniri təqvimə uyğun olaraq (Rumıniya, iyul 2021-ci il)
 
Baş Sponsor 
Proyekt Partnyorları