az en
News / Uels millisinin nümayəndələri Bakıya səfər edib

Uels millisinin nümayəndələri Bakıya səfər edib

Avro-2020 Dərc olundu: 09.12.2019 Çap
Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıya işgüzar səfərə gəlib.
 
Uels millisinin nümayəndələri Bakıya səfər edib
Nümayəndə heyətinə Uels Futbol Federasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Mark Evans, Komanda Əməliyyatlarının rəhbəri Amanda Smith, Tibb xidməti üzrə Sean Conelly və mətbuat katibi Sara Jones daxildir. Uelsli qonaqlar məşqlərin keçirilmə ehtimalı olan stadionlara və komandanın məskunlaşa biləcəyi otellərə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar.
Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları