az en
News / Uels millisinin nümayəndələri Bakıya səfər edib

Uels millisinin nümayəndələri Bakıya səfər edib

Avro-2020 Dərc olundu: 17.04.2021 Çap
Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

 
 
Uels millisinin nümayəndələri Bakıya səfər edib
İki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.
Qeyd edək ki, Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar